Premyer-liqa
“Qarabağ”da yeni rekordçu – Medvedev
Azərbaycan Premyer Liqasının 11-ci turu “Qarabağ”ın f…
Azərbaycan Premyer Liqasının 11-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. Yalnız bir komandada – “Qarabağ”da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib.
Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub.
Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudu. Belə ki, digər klubların rekordçularının göstəriciləri daha aşağıdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı