Dünya futbolu
İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Kyevo” klubuna yeni baş məşqçi tə…
İtaliyanın “Kyevo” klubuna yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Domeniko Di Karloya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, bu postda Canpyero Venturanı əvəz edib. Hansı ki, 70 yaşlı mütəxəssis oktyabrın 10-dan “Kyevo”ya rəhbərlik edirdi. Lakin italiyalı məşqçi ilə 2 illik müqavilə imzalansa da, o, bu komandanı cəmi 4 oyuna çıxarıb, bu matçların üçündə məğlubiyyət, birində heç-heçə qeydə alınıb.
Di Karlonun son iş yeri “Novara” klubu olub. O, daha öncə də “Kyevo”nun “sükanı arxasında” çalışıb. Belə ki, Domeniko 2008-2010-cu illər aralığında və 2011/12 mövsümündə də bu komandanın uğurları üçün çalışıb.
"Kyevo" İtaliya A seriyasında 12 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb. Komanda bu mövsüm 3 heç-heçə etsə də, daha əvvəl hesabından 3 xal silindiyinə görə, hələ də xalsızdı.