Dünya futbolu
“Real”ın yeni baş məşqçisi bəlli oldu – RƏSMİ
İspaniyanın “Real” klubunun yeni baş məşqçisi …
İspaniyanın “Real” klubunun yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Xulen Lopeteqinin istefaya göndərilməsindən sonra müvəqqəti olaraq komandaya rəhbərlik edən əvəzedicilərin çalışdırıcısı Santyaqo Solari Madrid təmsilçisinə baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, gənc mütəxəssislə 2021-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Real" bu mövsüm Solarinin başçılığı altında 4 oyun keçirib və hər birində qələbə qazanıb. Özü də o, bu oyunlarda Madrid klubunun tarixində yeni rekorda da imza atıb. Belə ki, “Real” həmin görüşlərdə rəqib qapılarından 15 top keçirib, öz qapısında isə cəmi 2 qol görüb. Bu da “Real”ın 116 illik tarixində ən yaxşı göstəricidi.
İndiyə qədər 5 məşqçi debütdə ardıcıl 4 oyunda qələbə qazansa da, onlarda top fərqi aşağı olub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq