Ölkə kuboku
Azərbaycan kubokunun püşkü atıldı
Bu gün futbol üzrə Azərbaycan kubokunda 2018/19 mövs&…
Bu gün futbol üzrə Azərbaycan kubokunda 2018/19 mövsümünün püşkatması keçirilib.
Futbolinfo.az xəbər verir ki, kubokda 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, Birinci Divizion təmsilçiləri "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu”du. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.
AFFA-nın inzibati binasında keçiriləcək püşkatmanın nəticəsini təqdim edirik:
Azərbaycan Kuboku
1/8 final
6 dekabr
1. “Ağsu” – “Sabah”
2. “Şüvəlan” – “Keşlə”
3. “Qaradağ Lökbatan” – “Sumqayıt”
4. “Kəpəz” – “Səbail”
1/4 final
15-16/19-20 dekabr
5. “Qəbələ” – 1-ci cütün qalibi
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Neftçi” – 3-cü cütün qalibi
8. “Zirə” – 4-cü cütün qalibi
Ölkə kubokuna dekabrın 6-da keçiriləcək 1/8 final mərhələsinin oyunları ilə start veriləcək. Final görüşü gələn il mayın 19-da olacaq. Yarışda 1/4 finala qədər qalib bir oyunda müəyyənləşəcək. Bu mərhələdən etibarən isə ev-səfər qarşılaşmaları keçiriləcək. Kubokda limit Premyer Liqada olduğu kimidir – 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı).
Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib