Ölkə futbolu
“Sumqayıt” yeni baş məşqçisini açıqladı
“Sumqayıt”ın yeni baş məşqçisi açıqlan…
“Sumqayıt”ın yeni baş məşqçisi açıqlanıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Ayxan Abbasov təyin olunub.
37 yaşlı mütəxəssis bu vəzifədən istefa verən Nazim Süleymanovu əvəzləyib.
Tərəflər arasında 2019/20 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Abbasov futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub.
Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət).
Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).
Gənc mütəxəssis bu il avqustun 29-da uğursuz nəticələr səbəbi ilə "Zirə”nin baş məşqçisi postundan istefa verib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib