Dünya futbolu
Azərbaycanda oynamış gürcü karyerasını başa vurdu
Vaxtı ilə Azərbaycanın “İnter” (hazırkı “Keş…
Vaxtı ilə Azərbaycanın “İnter” (hazırkı “Keşlə”) klubunda çıxış etmiş Baçana Tsxadadze futbolçu karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı forvard Gürcüstan mətbuatına müsahibəsində deyib. Tsxadadze karyerasını bitirməyinə zədəsinin səbəb olduğunu söyləyib:
“Gürcü futbolçuların Avropada çıxış etməsinin çətin olduğu vaxtda Avropa klublarında oynamaq şansım oldu. Atam səviyyəsində futbol oynaya və onun qədər istedadlı ola bilmədim. Futbolda nə əldə etmişəmsə, bu, yalnız atamın köməyi ilə olub. O, mənim baş məşqçim də olub. Futbolçu karyeram ərzində həmişə yanımda idi".
Baçana Tsxadadze "İnter"də 2010-2015-ci illərdə forma geyinib. O, 2009-2014-cü illərdə bu komandanın baş məşqçisi olmuş Kaxaber Tszxadadzenin oğludu.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq