Ölkə futbolu
“Neftçi”dən yoxlama matçında heç-heçə
“Neftçi”nin əvəzedici komandası hazırlığını…
“Neftçi”nin əvəzedici komandası hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanovun yetirmələri bu gün “Baku City” klubu ilə yoxlama görüşü keçirib.
ADBTİA-nın stadionunda baş tutan oyunda heç-heçə qeydə alınıb – 1:1. “Neftçi-2”-nin qoluna Elvin İmanlı imza atıb.
Qeyd edək ki, Birinci Divizionda növbəti görüşünü noyabrın 23-də səfərdə MOİK-ə qarşı keçirəcək "Neftçi-2” 9 oyundan 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.