Ölkə futbolu
“Neftçi” məşqləri bərpa etdi
“Neftçi” məşqləri bərpa edib.
Futbolinfo.az …
“Neftçi” məşqləri bərpa edib.
Futbolinfo.az xəbər verir ki, komanda dörd günlük fasilədən sonra bu gün öz bazasında məşq keçib.
Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, "Neftçi” növbəti oyununu noyabrın 25-də keçirəcək. Komanda həmin gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Səbail”in qonağı olacaq.