Dünya futbolu
Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü
Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun növbəti…
Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun növbəti oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə 7 görüş baş tutub. A Liqasında Hollandiya Fransaya qalib gələ bilməsə, 1-ci qrupda liderlik şanslarını itirəcəkdi. Amma hollandlar bu görüşdə son dünya çempionlarına 2 cavabsız qolla qalib gəlməklə vəziyyəti yaxşılaşdırıblar.
B Liqasında Slovakiya 1-ci qrupun liderliyini təmin etmiş Ukrayna ilə görüşdə ilk xal uğrunda mübarizə aparıb. Ukraynalıların bu görüşdə darmadağınla üzləşiblər.
C Liqasının 3-cü qrupunda "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniyanın qonağı olub. Hər iki oyunda tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.
UEFA Millətlər Liqası
16 noyabr
A Liqası
1-ci qrup
Hollandiya – Fransa 2:0
Qol: Veynaldum, 44. Depay, 90-pen.
B Liqası
1-ci qrup
Slovakiya – Ukrayna 4:1
Qol: Rusnak, 6. Kuçka, 26. Zrelak, 52. Mak, 61 – Konoplyanka, 47.
4-cü qrup
Uels – Danimarka 1:2
Qol: Q.Beyl, 89 – Yorgensen, 42. Breytvayt, 88.
C Liqası
3-cü qrup
Kipr – Bolqarıstan 1:1
Qol: Panayotis, 24 – Dimitrov, 89.
Sloveniya – Norveç 1:1
Qol: Verbiç, 9 – Yonsen, 85.
D Liqası
4-cü qrup
Cəbəllütariq – Ermənistan 2:6
Qol: De Barr, 10. Pristli, 78 – Movsisyan, 27; 48; 52; 54. Kataşyan, 66. Karapetyan, 90.
Lixtenşteyn – Makedoniya 0:2
Qol: Bardi, 53. Nestarovski, 90.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı