Milli komanda
Millimiz Gürcüstana qalib gəldi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu g…
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, millimizin rəqibi qrup oyunlarına ev sahibliyi edən Gürcüstan olub.
Tiflis şəhərindəki Mixail Mesxi adına stadionda baş tutacaq qarşılaşmada hesabı gürcülər açıblar. Amma fasilədən sonra iki qol vurmağa nail olan yığmamız meydanı əzmkar qələbə ilə tərk edib.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda İsrailin müvafiq yaş qrupundan ibarət komandasına 1:4 hesabıyla məğlub olmuşdu. Gürcülər isə Lixtenşteynə 7 cavabsız qolla qalib gəlmişdilər.
1-ci qrupun digər matçında İsrail Lixtenşteynə də 2:1 hesabıyla qalib gələrək vahid liderə çevrilib.
AÇ-2019-un seçmə mərhələsi
1-ci qrup
17 noyabr
Azərbaycan – Gürcüstan 2:1
Qol: T.Bayramov, 67. Z.Mərdanov, 70 – L.Xarabadze, 45+1.
Hakimlər: Donatas Rumşas (Litva), Aleksandr Radius (Litva), Karel De Roker (Belçika), Erik Lambrext (Belçika).
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 3. Elnur İbrahimov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 17. Samir Qurbanov, 18. Emil Qasımov, 19. Tural Bayramov.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 2. Rüstəm Nuriyev, 4. İbrahim Hüseynov, 6. İdris İnqilablı, 9. Murad Mahmudov, 11. Elvin Cəfərquliyev, 16. Elvin Talıbov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Gürcüstan: 1. Demetre Buliskeriya, 2. Piruzi Qabitaşvili, 3. İva Gelaşvili, 4. Cemali-Giorgi Jinjolava, 5. Levan Xarabadze, 6. Beka Dartsmeliya (k), 8. Zuriko Davitaşvili, 9. Georgi Guliaşvili, 10. Tamaz Babunadze, 11. Kviça Kvaratsxeliya, 22. Anzor Mekvabişvili.
Ehtiyat oyunçular: 12. Georgi Mamardaşvili, 7. Georgi İvaniadze, 14. Teymuraz Qabuniya, 15. Beqa Buiqlişvili, 16. Tsotne Patsatsiya, 17. Revazi İnjgiya, 18. Şota Şekiladze, 20. Laşa Nanobaşvili, 21. Luka Çaparidze.
Baş məşqçi: Georgi Mikadze.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq