Dünya futbolu
Türkiyə İsveçə uduzdu, İtaliya Portuqaliya ilə bacarmadı
Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun növbəti…
Futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun növbəti oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, 3-cü oyun günündə 7 qarşılaşma baş tutub.
Azərbaycan millisinin yer aldığı D liqasının 3-cü qrupunda iki görüş olub. Qurban Qurbanovun komandası Bakı Olimpiya Stadionunda Farer adalarını qəbul edib. Qrup qalibi olmaq və pley-offa yüksəlmək şansını saxlamaq üçün bu görüşdə Azərbaycanı yalnız qələbə qane edirdi. Komandalar arasındakı ilk oyun Azərbaycan millisinin 3:0 qələbəsiylə başa çatmışdı. Bu dəfə isə Azərbaycan yığması 2 cavabsız qolla qalib gəlib. Qrupun digər matçında isə Kosovo səfərdə Maltanın qonağı olub və 5 cavabsız qola sevinib.
A Liqasının 3-cü qrupunda İtaliya Potuqaliyayla qarşılaşıb. Qrupda son oyununu keçirən İtaliya liderliyə yüksəlmək üçün portuqallara mütləq qalib gəlməliydi. Komandalar arasındakı ilk oyun Portuqaliyanın 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Bu dəfə isə qapılara qol vurulmayıb.
Türkiyə yığması isə İsveçi qəbul edib. Doğma meydanda minimal hesabla uduzan türklər aşağı liqaya düşmək məcburiyyətində qalıblar.
UEFA Millətlər Liqası
17 noyabr
A Liqası
3-cü qrup
İtaliya – Portuqaliya 0:0
B Liqası
2-ci qrup
Türkiyə – İsveç 0:1
Qol: Qrankvist, 71-pen.
C Liqası
1-ci qrup
Albaniya – Şotlandiya 0:4
Qol: Freyzer, 14. Fletçer, 45-pen. Forrest, 55; 67.
4-cü qrup
Serbiya – Çernoqoriya 2:1
Qol: Lyayiç, 30. Mitroviç, 32 – Muqoşa, 70.
Rumıniya – Litva 3:0
Qol: Puşkas, 7. Keseru, 47. Stanku, 65.
D Liqası
3-cü qrup
Azərbaycan – Farer adaları 2:0
Qol: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.
Malta – Kosovo 0:5
Qol: Vedat Muriqi, 15. Benjamin Kololli, 70. Donis Avdiyay, 78; 80. Milot Raşiça, 86.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq