Milli komanda
UEFA Nazarovun qolunu hesaba almadı
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının …
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Farer adalarını 2:0 hesabı ilə məğlub etdi.
Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan bu oyunun ilk qolunun müəllifi dəyişdirilib. Belə ki, Dmitri Nazarovun vurduğu qol onun adına yazılmayıb.
Protokolda edilən dəyişikliyə əsasən, bu qol avtoqol kimi qeydə alınıb. 18-ci dəqiqədə Nazarovun zərbəsindən sonra top Farer adalarının müdafiəçisi Raqnar Nattestada dəyərək, qapıya daxil olmuşdu. Məhz bu üzdən Raqnar protokolda avtoqol müəllifi kimi qeyd edilib.
Qeyd edək ki, görüşdə vurulan digər qolun müəllifi Mahir Mədətov olub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq