Dünya futbolu
“Qarabağ”ın futbolçusu qovuldu
CONCACAF Millətlər Liqasının seçmə mərhələsində nö…
CONCACAF Millətlər Liqasının seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən haitili futbolçular – “Qarabağ”ın sol cinah müdafiəçisi Donald Gerye ilə “Neftçi”nin yarımmüdafiəçi Soni Mustivarın formasını geyindiyi Haiti millisi də növbəti matçına çıxıb.
Sözügedən komanda qrup mərhələsinin 3-cü turunda Nikaraquanın qonağı olub. Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Gerye ilə Mustivar da bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Gerye üçün matş uğursuz olub. Belə ki, 29 yaşlı yarımmüdafiəçi 16-cı dəqiqədə komandası 1:0 hesabı ilə öndə olduğu vaxt birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Mustivar da start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 9-a yüksəldən Haiti turnir cədvəlinə başçılıq edir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq