Dünya futbolu
Eratın komandasına 1 qol bəs etdi
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 18-ci …
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rot-Vayss Oberhauzen”lə qarşılaşıb. Eratın komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Erat bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Ştralen” geridə qalan turlarda 25 xal toplayıb və 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.