Milli komanda
UEFA düzəliş etdi: Yeni bombardir Nazarov oldu
UEFA, Millətlər Liqasının 5-ci turu çərçivəsində …
UEFA, Millətlər Liqasının 5-ci turu çərçivəsində keçirilən Azərbaycan – Farer adaları oyunu ilə bağlı növbəti qərarını verib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi yenidən Dmitri Nazarov göstərilib.
Noyabrın 17-də keçirilən qarşılaşma zamanı UEFA, qolu Nazarovun vurduğunu qeydə almışdı. Lakin matç bitdikdən sonra qurum düzəliş edərək, bunu avtoqol kimi dəyərləndirib və topu Raqnar Nattestadın passivinə yazmışdı.
Matçın baş hakiminin qeydləri və aparılan düzəlişlərdən sonra avtoqol ləğv edilib və Nazarovun qolu qeydə alınıb.
Bununla da, Nazarovun Azərbaycan millisindəki rekordu rəsmiləşib. Rəsmi matçlarda ən çox qol vuran futbolçu kimi tarixə düşən Nazarov, qollarının sayını 6-a çatdırıb. O, hərəyə 5 qol vuran Qurban Qurbanovla Vaqif Cavadovu arxada qoyub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”