Ölkə futbolu
"Neftçi" qvineyalını yola saldı
"Neftçi"nin ötən ay baxışa dəvət etdiyi Mam…
"Neftçi"nin ötən ay baxışa dəvət etdiyi Mamadu Kone ölkəsinə qayıdıb. Qvineyalı futbolçu viza müddəti başa çatdığı üçün vətəninə dönüb.
Lakin bu, 21 yaşlı mərkəz yarımmüdafiəçisinin "Neftçi" ilə bağlarının qopması demək deyil. Futbolçunun hazırlıq durumu "ağ-qaralar"ın məşqçilər korpusunu qane edib. Onun bir aylıq məşq göstəriciləri məşqçilər korpusu tərəfindən bir daha incələnəcək və lazım gəlsə, müqavilə imzalanması üçün Azərbaycana dəvət ediləcək (futbol11.az).
Qeyd edk ki, Kane Qvineyanın 20 yaşlılardan ibarət milli komandasının üzvüdür.