Ölkə futbolu
Pley-offun ilkin cütləri
Avro-2020-nin pley-off mərhələsinin iştirakçılarının ilk…
Avro-2020-nin pley-off mərhələsinin iştirakçılarının ilkin siyahısı bəlli olub. Millətlər Liqasında qrup qalibi olan 16 komanda qitə çempionatının seçmə mərhələsində uğursuz çıxış etsə, pley-offda qüvvəsini sınaya biləcək.
Bu komandalardan bəzilərinin, xüsusilə A, hətta B liqasında qrup qalibi olanların böyük ehtimalla Avro-2020 vəsiqəsini seçmə mərhələdən qazanacağı gözlənilir. Bu üzdən pley-offun ilkin cütlərinin tərkibində xeyli dəyişiklik gözlənilir.
Lakin indiki vəziyyətə əsasən 2020-ci ilin martında baş tuta biləcək pley-off mərhələsində bu cütlərin qarşılaşması mumkündü:
A liqası. İsveçrə – İngiltərə, Portuqaliya – Hollandiya.
B liqası. Bosniya H. – İsveç, Danimarka – Ukrayna.
C liqası. Şotlandiya – Finlandiya, Norveç – Serbiya.
D liqası. Gürcüstan – Belarus, Makedoniya – Kosovo.
Bu komandalardan hər hansı biri seçmə mərhələdə uğur əldə etsə, onu liqanın bunu bacarmayan ən yaxşı yığması əvəzləyəcək. D liqasında 7-ci olan Azərbaycan millisinin də pley-offa nəzəri şansı qalıb. Bunun üçün yığmamızdan öndə qərarlaşan 6 komandadan – Gürcüstan, Kosovo, Makedoniya, Belarus, Lüksemburq, Ermənistandan üçü seçmə mərhələdən Avro-2020-yə yüksəlməlidi. Mümkünsüz görünən bu variant nəzəri cəhətdən istisna deyil.
Qeyd edək ki, pley-off iştirakçılarının yekun siyahısı seçmə mərhələ başa çatandan sonra bəlli olacaq.