Ölkə futbolu
“Qəbələ”nin futbolçusu ücün 10-cu oyun
“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azər…
“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının sonuncu – 6-cı turunun iştirakçısı olub. O, D Liqasının 3-cü qrupunda keçirilən Kosovo – Azərbaycan matçında (4:0) meydana çıxıb.
Start heyətində yer alan Xəlilzadə oyunu əvəzolunmadan keçirib. Müdafiəçi bu qarşılaşmada sarı vərəqə alıb.
Bu görüş Təmkinin Azərbaycan millisində 10-cu oyunu olub. Onun hesabında 1 qol var.