Ölkə futbolu
Millətlər Liqasının ən yaxşıları açıqlandı
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin oy…
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarının yekun statistik göstəricilərini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeyda 6 tur ərzində dəqiq ötürmə verən futbolçuların siyahısında ilk pillədə qərarlaşıb. 30 yaşlı yarımmüdafiəçi 454 dəqiq ötürmə ilə 1-ci olub.
Qrup mərhələsində ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviç olub. 24 yaşlı forvard 6 dəfə rəqib qapılarına yol tapıb.
San Marinonun qapıçısı Elia Benedettini ən çox seyv edən qapıçı olub. O, 16 top buraxdığı halda, 41 dəfə komandasını qoldan xilas edib.
Ən çox qol ötürməsi verənlərin siyahısında ispaniyalı Marko Asensio liderdir. O, komanda yoldaşlarının qol vurmasına 5 dəfə yardımçı olub.
Millətlər Liqasının qrup mərhələsində çox qol vuran yığma isə Kosovodur. Bu komandanın futbolçuları 15 dəfə fərqləniblər.
Azərbaycan millisi qrup mərhələsinin 6-cı turunda Kosovoya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 2-ci yeri tutub və turnirlə vidalaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı