Dünya futbolu
“Bavariya” Levandovskini itirdi
Futbol üzrə Polşa millisinin və Almaniyanın “Bavariya&r…
Futbol üzrə Polşa millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski zədələnib.
Futbolinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində Portuqaliya ilə matçda dizindən zədə alan 30 yaşlı hücumçunun ən azı bir həftəyə bərpa olunacağı bildirilir.
Bu isə o deməkdir ki, Levandovki Bundeslqanın növbəti turu çərçivəsində keçiriləcək “Fortuna” ilə görüşdə Münhen klubuna kömək edə bilməyəcək.
Əvəzində son Almaniya çempionunun digər aparıcı üzvlərindən biri – Tyaqo Alkantara zədəsini sağaldaraq sıraya dönüb.
Qeyd edək ki, "Bavariya" – "Fortuna" görüşü noyabrın 24-də baş tutacaq.