Dünya futbolu
Millimizin futbolçusu üçün “Fənərbaxça”ya qarşı oynamaq şansı
Bu gün futbol üzrə Türkiyə kubokunda 5-ci turun p&uum…
Bu gün futbol üzrə Türkiyə kubokunda 5-ci turun püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor”un da rəqibi məlum olub. Türkiyənin 1-ci liqa təmsilçisi kubokun 5-ci turunda Super Liqada mübarizə aparan “Fənərbaxça”yla qarşılaşacaq. “Girəsunspor” ilk matçı səfərdə keçirəcək.
Millimizin sabiq forvardı Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” aşağı liqa təmsilçisi “Hatayspor”la üz-üzə gələcək. Yığma komandamızın digər sabiq üzvü – Ufuk Budaklı “Boluspor” da “Van Böyüşkşəhər Bələdiyyəspor”la mübarizə aparacaq. “Girəsunspor”dan fərqli, bu iki komanda ilk oyunlarını evdə keçirəcək.
5-ci turun ilk görüşləri 4-5 və 6 dekabrda baş tutacaq. Cavab qarşılaşmaları isə 18-19 və 20 dekabrda keçiriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq