Dünya futbolu
“Çelsi” ilk məğlubiyyətini “Tottenhem” səfərində aldı
Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tura star…
Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Mançester Yunayted” “Kristal Pelas”ı qəbul edib və bu oyundan xal itkisi ilə ayrılıb.
“Mançester Siti” səfərdə “Vest Hem”lə qarşılaşıb və darmadağına sevinib.
“Liverpul” isə “Uotford”un qonağı olub. "Qırmızılar" bu görüşdə 3 cavabsız qolla qalib gəliblər.
Turun mərkəzi görüşü Londonda keçirilib. “Tottenhem” öz meydanında “Çelsi”ni qəbul edib. Dörd qolun qeydə alındığı London derbisində "Çelsi" mövsümdəki ilk məğlubiyyətinə üzülüb.
İngiltərə Premyer Liqası
13-cü tur
24 noyabr
Everton – Kardiff Siti 1:0
Qol: Siqurdsson, 59.
Fulhem – Sauthempton 3:2
Qol: Mitroviç, 33; 63. Şürrle, 43 – Armstronq, 18; 53.
Brayton – Lester 1:1
Qol: Murrey, 15 – Vardi, 79-pen.
Mançester Yunayted – Kristal Pelas 0:0
Uotford – Liverpul 0:3
Qol: Salah, 67. Arnold, 76. Firmino, 89.
Vest Hem – Mançester Siti 0:4
Qol: D.Silva, 11. Sterlinq, 19. Sane, 34; 90.
Tottenhem – Çelsi 3:1
Qol: Alli, 8. Keyn, 16. S.H.Min, 54 – Jiru, 85.
25 noyabr
17:30 Bornmut – Arsenal
20:00 Vulverhempton – Haddersfild
26 noyabr
00:00 Bernli – Nyukasl
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı