Bizi izləyin

Ölkə futbolu

Dövlət qəzetindən Qurbanova dəstək

Milli komanda ətrafında başverənlərə reaksiyaların miqyası b&o…

blank

Milli komanda ətrafında başverənlərə reaksiyaların miqyası böyüyür. Artıq siyasi mətbuat da məsələyə biganə deyil.

“Azərbaycan” qəzeti baş məşqçi Qurban Qurbanova dəstək yazısı hazırlayıb. Bu isə “yuxarı”ların seçimini göstərən faktdı. Dövlət qəzetinin mövqeyi başqa cür anlaşıla bilməz.

Qurban bəyə atılan badalaqlar, onu qaralama cəhdləri, AFFA-nın baş katibi Elxan Məmmədovun apardığı iyrənc kampaniya hamı tərəfindən görünür və bu mübarizədə məşqçinin dəstək alması xoş xəbərdi. Deməli, hamı  əslində, nə baş verdiyini anlayır.

Qurbanı qurban verməyə tələsməyək!

Unutqanlıq yaddaşsızlıq yox, qədirbilməzlik də sayıla bilər

…O, idmanın ən populyar növlərindən biri vasitəsilə Azərbaycan adının bütün dünyada çəkilməsində əvəzsiz rol oynayan mütəxəssis kimi qəlblərə həkk olunub. O, Azərbaycanın təkcə siyasi-demokratik, sosial-iqtisadi inkişafı ilə yox, idmanda da möcüzə yarada biləcək ölkə olduğunu əməldə sübuta yetirib.

O, hər bir azərbaycanlının qəlbini sızlatmaqda olan Qarabağ adını təkcə ölkəmizdə yox, onun sərhədlərindən çox-çox uzaqlarda da uca tuta bilib. O, ən nəhayət, azərbaycanlıları əcnəbi futbolçulara yox, öz doğma komandalarına azarkeşlik etməyə, qələbələrindən ruhlandırmağa sövq edə bilib.

Təkcə bu xidmətlər futbol deyərkən ilk növbədə yada düşən "Qarabağ” və onun əzmkar baş məşqçisi Qurban Qurbanovun adının idman tariximizə böyük hərflərlə yazılmasına bəs edir…

Azərbaycan futbolunda ilklərin müəllifi kimi də qəbul olunan Qurban Qurbanov işində, əməyini əsirgəmədiyi komandasında müsbət nəticələr əldə etmək üçün heç də az fədakarlıq göstərməyib. Xatırlatmaq yerinə düşərdi ki, Qurban Qurbanov "Qarabağ”a baş məşqçi təyin edildikdən sonra ardıcıl bir neçə mövsüm komanda çempionluq üzü görmədi. Lakin klub rəhbərliyi Qurbana inandı, onunla işbirliyini davam etdirdi.

Nəticə isə göz qabağındadır: çempionluqlar və avrokuboklardakı uğurlar bir-birini əvəzləməyə başladı. Altı dəfə ölkə çempionluğu, dörd dəfə UEFA Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə…

Əlbəttə, bunun əsas səbəbi uzunmüddətli fəaliyyət proqramı, iş icraçılarının peşəkarlığı, işinə sevgi və hörmətdən qaynaqlanırdı. Məhz bundan irəli gəlirdi ki, ötən mövsüm "Qarabağ” dünyanın ən nüfuzlu klub turniri – UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Təbii ki, bütün bu uğurlarda baş məşqçi kimi Qurban Qurbanovun uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyət strategiyası ön planda yer alır.

Ən önəmli məqamlardan biri isə budur ki, məhz onun sayəsində "Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı. İşğal altında olan şəhəri – Ağdamı təmsil etdiyini hamı bildi. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, döyüşkənliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Qurban Qurbanovun yaradıcı əzmkarlığı həlledici əhəmiyyətə malik olub.

Məhz bu əzmkarlıq ölkə futbolunu inkişaf etdirib "Azərbaycanda heç vaxt futbol olmayacaq” deyənlərin mövqeyini alt-üst etdi. Həmin əzmkarlıq qitənin ən güclü komandalarını Bakıya gətirdi.

Bütün bunların fonunda tamamilə təbii idi ki, "Qarabağ”la Azərbaycan futbolunda böyük işlər görən Q.Qurbanovun uğur estafetini milli komanda ilə davam etdirməsi azarkeşlərin əsas istəyinə çevrilmişdi. Bu istəyi gözardı etməyə haqqı olmadığını düşünən Q.Qurbanov son nəticədə ən məsuliyyətli posta, yığma komandanın sükanı arxasına keçdi.

Həm millini, həm də "Qarabağ”ı çalışdırmaq böyük cəsarət tələb edirdi ki, bu şərəfli missiyanı onun layiqincə daşıyacağına heç kimin şübhəsi yox idi. Digər tərəfdən, artıq futbol ictimaiyyəti milli komandaya əsl vətənpərvər, ölkə futboluna daha yaxından bələd olan Q.Qurbanovu ən real namizəd olaraq görürdü. Bu səbəbdən də ötən ilin sonlarında yığmamızın sabiq xorvatiyalı çalışdırıcısı Prosineçki ilə müqavilənin müddəti artırılmadı və onun yerinə yetirə bilmədiyi missiya Qurbanova həvalə edildi. Məqsəd illər öncə "Qarabağ”dakı uğur reseptini burada tətbiq etməklə gələcəyin millisini qurmaqdır.

Bu yolda enişlər də olur, yoxuşlar da, uğurlar da. Elə buna görə hansısa oyuna, nəticəyə baxıb dərhal milli komanda, o cümlədən onun baş məşqçisi barədə hökm çıxarmaq həm tələskənlik, həm də qeyri-obyektivlikdir. Bu yanlış münasibət özünü milli komandamızın Millətlər Liqasında Kosovo ilə oyunu və məlum nəticədən sonra daha qabarıq şəkildə göstərir.

Milli komandamızın məğlubiyyətinin səbəbini Qurban Qurbanovda axtaranlar da var, məsələnin kökünün başqa səbəblərdə olduğunu görənlər də. Biz tərəf tutmuruq, ancaq kimsənin haqqının da tapdalanmasını istəmirik. Öncə ona diqqət yetirək ki, bu "futbol dahiləri” millinin baş məşqçilik postuna təyinatının bir ili tamam olmamış bir məğlubiyyətdən sonra Qurban Qurbanovdan ən yüksək nəticəni tələb etməyə başlayıblar. UEFA Millətlər Liqasında sonuncu Kosovo məğlubiyyətindən sonra "sapı özümüzdən olan baltalar” elə qarayaxma kampaniyasına başladılar ki, sanki Azərbaycan böyük futbol ölkəsidir, indiyədək mütəmadi dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanıb, xəbərimiz yoxdur. Daha 3-4 ay bundan öncə qazanılan qələbələri unuduruqsa, bir məğlubiyyəti əsas gətirərək belə aciz qaralama kampaniyası aparırılırsa, əlavə şərhə ehtiyac yoxdur. Yeganə hədəf, özü də haqsız və qərəzli hədəf məhz Qurban Qurbanovdur.

Necə deyərlər, düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular. Daha demirlər ki, ölkə futbolunun funksionerlərinin səriştəsizliyi, bir çoxlarının legioner futbolçu və baş məşqçi hərisliyi ucbatından illərdir Azərbaycan futbolu can çəkişir. 8 komandalı Azərbaycan Premyer Liqası ölkə yox, paytaxt birinciliyini xatırladır. Regionlarda futbolun üzərindən qalın çalın-çarpaz xətt çəkilib. Futbol başbilənlərinin "eksperimentləri” sayəsində azarkeşlər futboldan küsüb. Lakin Qurban Qurbanovun "Qarabağ”ı bu küskünlüyü az da olsa aradan qaldırmağa çalışsa da, onun fəaliyyətinə kölgə salmağa çalışanlar, təəssüflər olsun ki, kifayət qədərdir.

Ümumiyyətlə, Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Sorğu keçirsək ki, bundan əvvəlki dövrlərdə millimizdə baş məşqçilik etmiş hansı biri Azərbaycanda futbolun inkişafına çox can yandırıb? – Cavab verməkdə çətinlik çəkərik.

Bundan əlavə, illər öncə 8 il komandamıza rəhbərlik etmiş almaniyalı Berti Foqtsa səbir göstərənlər, rüsvayçı məğlubiyyətlərə şahid olanlar nəyə görə bu postda bir ili tamam olmamış Qurban Qurbanovu haqsız şəkildə hədəf seçirlər?

Nə qədər gec deyil, ədalətli olmağı bacarmalıyıq. Uğursuzluq zolağındakı Azərbaycan futboluna töhfə verməyə çalışan, qazandırdığı qələbələrlə azarkeşlərimizi sevincə qərq edən, yerli gənc futbolçulara şans verməklə onlarda qalibiyyət ruhunu formalaşdıran, ən əsası, Azərbaycan və Qarabağ adını daim prioritet, əziz tutan bir məşqçiyə qarşı qarayaxma kampaniyası aparmaqda məqsəd nədir?

İdmandan başı çıxan hər kəs yaxşı bilir ki, müasir futbolda uğur əldə etmək istəyirsənsə, uzunmüddətli fəaliyyət planın olmalıdır. Etiraf edək ki, bu gün ölkəmizdə futbolun inkişafı çox geri qalır. Açıq deyək: Azərbaycan futbolunun inkişaf dinamikası Prezident İlham Əliyevin qayğısına, şəxsi himayədarlığına, böyük təəssübkeşliyinə adekvat deyil!

8 komandalı çempionatın 5 klubu Bakını təmsil edirsə, regionlar futboldan kənarda qalırsa, yığmaya oyunçu cəlb etməkdə çətinlik çəkilirsə, gənc futbolçularımız lazımsız legioner transferlər ucbatından öz klublarında mütəmadi forma geyinə bilmirlərsə, burada Qurban Qurbanov nə etməlidir?

O, sehrbaz deyil ki, bir toxunuşa istədiyimiz komandanı formalaşdırsın. Bu səbəbdən müsbət nəticə əldə etmək üçün Azərbaycanın, elə millinin baş məşqçisinin zamana ehtiyacı olduğunu da unutmayaq. Məhz zamanla gələcək uğurlar futbolumuz, eləcə də Qurban Qurbanov barədə bədxah mövqedə olanlar üçün tərs şilləyə çevriləcək. Onda duyulacaq peşmançılıq isə çox gec olacaq…

Elçin CƏFƏROV,

"Azərbaycan”

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-22 12:07

“Qəbələ”nin legioneri: “Geridönüş edə bilərik”

blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə”nin 100-cü qələbəsi

blank
Dünya futbolu2024-04-22 10:32

“Milan” Pioliyə əvəzedici tapıb

blank
Digər idman növləri2024-04-22 10:15

Nicat Kanadada qələbə qazana bilmədi

blank
Digər idman növləri2024-04-22 10:00

Azərbaycan paraüzgüçüsü Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-22 09:42

Azərbaycanın üç boksçusu Avropa çempionatının 1/4 finalında

blank
Dünya futbolu2024-04-22 09:25

Hüseynovlu “Arda” ÇSKA-ya da uduzdu

blank
Ölkə futbolu2024-04-22 09:09

“Yurqorden”in idman direktoru: “Qurbanlı ayrılmaq istədiyini bizə deməyib”

blank
Ölkə futbolu2024-04-22 08:51

Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

blank
Ölkə futbolu2024-04-22 08:34

Musa “Yurqorden” dəftərini bağladı?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm