Dünya futbolu
Şeydayev “Spartak”a qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları ke&c…
Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Ramil də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Krılya Sovetov” 15 turdan sonra 14 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”