Dünya futbolu
“Qarabağ”ın rəqibindən səfər qələbəsi
Futbol üzrə İngiltərə çempionatında 13-cü turun …
Futbol üzrə İngiltərə çempionatında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Bornmut”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
“Arsenal” 13 oyundan sonra 27 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda baş tutacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq