Ölkə futbolu
Mövsümün ən gənc futbolçusu oldu – “Sabah”ın oyunçusu
“Sabah”ın Azərbaycan Premyer Liqasının 12-ci turu &cce…
“Sabah”ın Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirdiyi “Qarabağ”la səfər oyunu (1:1) debütant komandanın futbolçusu Şakir Seyidov üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində Məqsəd İsayevi əvəzləyən gənc yarımmüdafiəçi, yüksək liqada ilk oyununa çıxıb.
Premyer Liqada 17 yaş, 10 ay, 24 günlüyündə debüt edən Şakir, çempionatın cari mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Xatırladaq ki, Şakir Seyidov bir neçə gün öncə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan U-19 millimizin heyətində yer almışdı. Seçmə mərhələdə hər biri 90 dəqiqə olmaqla, 2 oyunda çıxış edən Şakir, yığmamızın uğurunda pay sahibi olub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq