Premyer-liqa
Emin Mahmudov: “Qələbəyə layiq idik”
“Neftçi”nin yarımmüdafiəçisi Emin Mah…
“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail” üzərində qazandıqları qələbə (2:0) sevincini klubun rəsmi saytı ilə bölüşüb.
Futbolinfo.az xəbər verir ki, komandasının qələbəyə layiq olduğunu deyən kapitan penalti epizoduna da münasibət bildirib:
“Qələbəyə layiq idik. Qol vurmağım və məhsuldar ötürmə verməyim statistika üçün çox yaxşı nəticədi. Ötürməm yaxşı alınmışdı, amma Dabonun başla zərbəsini də qeyd etmək lazımdı. Çünki zərbə dəqiq alınmasaydı, məhsuldar ötürmədən söhbət gedə bilməzdi. "Səbail”lə oyun arxada qaldı, artıq qarşıdakı matçı düşünməliyik. O ki qaldı mübahisəli penalti epizoduna, həmin anı yaxından görmədiyim üçün heç nə deyə bilmərəm. Düzdü, oyundan sonra həmin epizodda penalti olmadığını deyənlər var idi. Amma mən ikinci qola qədər "Səbail”in hər hansı qol vəziyyətini xatırlamıram”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq