Premyer-liqa
“Zirə”də 50-ci qolçu
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun &ldquo…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun “Sumqayıt”la qarşılaşmasında vurulan sonuncu qol “Zirə” üçün yubileylə əlamətdar olub.
Futbolinfo.az kluba istinadən xəbər verir ki, Bilal Həmdinin 90+6-cı dəqiqədə vurduğu top “qartallar”ın Premyer Liqada 70-ci səfər qolu olub. Bunu 52-ci görüşdə reallaşdıran “Zirə”nin öz meydanındakı orta məhsuldarlığı 1,35-ə bərabərdi.
Bilal Həmdi həm də özünün “Zirə”dəki qol hesabını açıb. Matçın sonunda fərqlənən fransalı yarımmüdafiəçi özünün yubiley – 10-cu matçında ilkə imza atıb. Əvvəlki 9 qarşılaşmada qol sevinci yaşamayan legioner bununla da görüşdə son nöqtəni qoyub – 3:1.
Bilal “Zirə”nin tarixində qol vuran 50-ci futbolçu olub. O, bunu Premyer Liqada gerçəkləşdirən 29-cu oyunçudu.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”