Ölkə futbolu
Abasov 10-a çatdı
Azərbaycan Premyer Liqasının 12-ci turu “Zirə”nin baş…
Azərbaycan Premyer Liqasının 12-ci turu “Zirə”nin baş məşqçisi Samir Abasovun bu postda yubiley – 10-cu matçı olub.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” “Sumqayıt”la ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1. “Zirə” Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan mütəxəssisin yetirmələri 10 qol vurub, 12-ni buraxıb.
“Zirə” həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqilə qalib gəlib. “Qartallar” Premyer Liqada sonuncu dəfə ötən mövsümün 8-ci turunda belə qələbə qazanmışdı. 2017-ci il oktyabrın 14-də “qartallar” öz meydanında “Kəpəz”i 3:0 hesabı ilə yenmişdi.
Bundan sonra Premyer Liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqilə qalib gəlməyən “Zirə” 2-dən çox qol vurmamışdı. Azərbaycan kubokunu da nəzərə alsaq, “qartallar” 2017-ci il noyabrın 29-da “Xəzər”i də 3:0 hesabı ilə məğlub etmişdi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq