Ölkə futbolu
Slavko Braliç: “Onların sayəsində özümüzü daha inamlı hiss edirik”
“Neftçi”nin müdafiəçisi Slavko Brali&c…
“Neftçi”nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, özünü "Neftçi”də çox xoşbəxt hiss etdiyini bildirən xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb:
– Hazırda turnir cədvəlinin ilk pilləsindəsiz. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdi?
– Birinci yerdə olmağımız çox vacib amildi. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdı. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
– Özünüzü "Neftçi”də necə hiss edirisiz?
– Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
– Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?
– Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
– Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
– Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdi.
– Növbəti rəqib "Sabah” haqda nə deyə bilərsiz?
– Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
– Azarkeşləriniz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?
– Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdi. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı