Ölkə futbolu
Pintu: “Sabah fərqli “Qarabağ” gözləmirik”
Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Andr…
Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Andre Pintu Avropa Liqasında “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu sabah keçiriləcək matçla bağlı bunları deyib:
“Hazırda yaxşı vəziyyətdəyik. Bizi çətin oyun gözləyir. Qələbə növbəti mərhələni təmin edəcək. Ümid edirik ki, 6 ay sonra yenidən Bakıya qayıdacağıq.
Sabah fərqli "Qarabağ" gözləmirik. Eyni oyun fəlsəfəsiylə çıxış edən komandadır. Sürətli futbol oynamağa çalışırlar. "Qarabağ" özünə çox inamlıdır. Sabah da bu cür oyun gözləyirik.
Böyük komandayıq. Sabah oynayıb-oynamayacağım dəqiq deyil. Buna məşqçi qərar verəcək. Baş məşqçiylə qısa müddətdir ki, birgə işləyirik. Çalışırıq ki, onun ideyalarını həyata keçirək”. (komanda.az)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı