Ölkə futbolu
Hakimi söyən məşqçilərə 3 oyunluq cəza, “Zaqatala”ya texniki məğlubiyyət
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Region Liqasında “Neftçala” – “Ərkivan” matçının 88-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Neftçala”nın futbolçusu Vüqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasında “Zirə” – “Neftçi” İK İB matçının 68-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Cəfər Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın.
U-13 Liqasında “Hacıqabul Şərq” – “Ağsu” matçında “Ağsu”nun baş məşqçisi Sönməz Quliyev hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
U-12 Liqasında “Neftçi” İK İB – “Sahil” FA matçında “Neftçi” İK İB klubunun baş məşqçisi Tural Kərimov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
Yüksək qızlar Liqasında “Zaqatala” – “Qəbələ” matçında “Zaqatala”nın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 44-cü dəqiqəsində “Zaqatala”nın məşqçisi Ceyhun Zurabov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.
Yüksək qızlar Liqasında “8 №-li İOEUGİM” – “Zaqatala” matçının 85-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Aysun Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib