Ölkə futbolu
“Qəbələ”nin qış hazırlıq planı açıqlandı
“Qəbələ”nin 2018-2019-cu illər mövsümün…
“Qəbələ”nin 2018-2019-cu illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq “qırmızı-qaralar” 2019-cu il yanvarın 6-da Bakıda bir araya gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək.
Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qəbələ” yanvarın 13-dən 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. “Qırmızı-qaralar” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.
Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Komanda yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. “Qəbələ” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiya təmsilçisi “Fakel” olacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı