Ölkə futbolu
“Sumqayıt”ın məşqçiləri “Altınordu”nun düşərgəsində
“Sumqayıt” Futbol Akademiyasının məşqçi heyət…
“Sumqayıt” Futbol Akademiyasının məşqçi heyəti dekabrın 7-də Türkiyənin İzmir şəhərinə yola düşüb.
Futbolinfo.az xəbər verir ki, məşqçilər “Altınordu” klubunun futbol akademiyasında təcrübə keçəcək. Artıq bu gündən etibarən iş başında olan məşqçilər İzmir klubunun təlim-məşq bazası ilə tanış olub, akademiyanın iş sistemi və hazırlıq planları ilə maraqlanıblar. Bu işdə onlara “Altınordu” futbol akademiyasının direktoru Sərdar Savaş yardımçı olub.