Dünya futbolu
Şeydayev Quliyevin komandası üzərində qələbəyə sevindi
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları ke&c…
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda digər azərbaycanlı futbolçu Ayaz Quliyevin heyətində yer aldığı “Rostov”u qəbul edib. Ramilin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Şeydayev də bu görüşün iştirakçısı olub. O, matçın 80-ci dəqiqəsində meydana buraxılıb. Millimizin üzvü meydana çıxandan cəmi 2 dəqiqə sonra sari vərəqə ilə də cəzalanıb.
Ayaz isə ötən tur qırmızı vərəqə aldığına görə, bu oyunda iştirak edə bilməyib.
Hazırda “Krılya Sovetov” 17 xalla 12-ci, “Rostov” isə 24 xalla altıncıdı.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”