Premyer-liqa
Elşad Əhmədov: “Bu heyəti məcburiyyətdən qurmuşduq”
“İlk yarıda çox zəif oynadıq. Müdafiədən &cced…
“İlk yarıda çox zəif oynadıq. Müdafiədən çıxa bilmirdik. Boşluqları ikinci hissədə düzəltməyə çalışsaq da, yenə qol buraxdıq. Bundan sonra vuruşaraq, fərqi azaltdıq. Amma hesabı bərabərləşdirməyə gücümüz çatmadı”.
Futbolinfo.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 14-cü tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
– Marko Deviçin zədələnməsi planlarınıza nə dərəcədə təsir etdi?
– Əlbəttə, ciddi təsir etdi. Marko oynayanda Cavid İmamverdiyevi arxaya çəkirdik.
– Sanki hücumçularınızda qol duyumu yoxdur, son nöqtəni qoymağa ustalıqları çatmır…
– Deviçin yoxluğunda gənclərə ümid edirik. Tural Qürbətovu buraxırıq, amma imkanlardan yararlana bilmir. İlk yarıda qol vura bilsəydik, fasilədən sonra fərqli futbol oynayardıq.
– Heyətdən gedəcək futbolçuları müəyyənləşdirmisinizmi və qışda yeni hücumçu transfer etmək fikriniz varmı?
– Özümüzdə gedəcək futbolçuları müəyyənləşdirmişik. Lakin onların yerinə oyunçu tapmadığımızdan hələ adlarını demirəm. Mövsümün əvvəlində "Sabah"a gəlmək istəməyən futbolçular var idi. Məcburiyyətdən bu heyəti qurmuşduq. Əlbəttə, qış fasiləsində komandamıza gələn oyunçular olacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”