Dünya futbolu
Əliyevin komandasından “Krasnodar”la heç-heçə
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları ke&c…
Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Ufa” hazırda 16 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.