Premyer-liqa
“Qarabağ”ın rekordu
Azərbaycan Premyer Liqasının 14-cü turu “Qarabağ”…
Azərbaycan Premyer Liqasının 14-cü turu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Zirə” ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu Premyer Liqada 25-ci qolunun sevincini yaşayıb.
Hamısı “Qarabağ”ın heyətində olmaqla 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə “Zirə”nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudur.
42-ci dəqiqədə fərqlənən Mədətov isə Premyer Liqadakı 25-ci qolunu 90-cı matçında qeyd edib. Bütün qollarını “Qarabağ” formasında rəqib qapısından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb.
“Qarabağ”ın “Zirə” üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsinə imza atıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib