Ölkə futbolu
Unay Emeri: “Qarabağ”a hörmətlə yanaşırıq”
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi …
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda qarşılaşacaqları Azərbaycan çempionu “Qarabağ”la matçdan öncə mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, London klubunun 48 yaşlı çalışdırıcısı sözügedən qarşılaşmada gənclərə də şans verəcəyini vurğulayıb:
“Qarabağ”la matçda özlərinə əminlik və üzərlərində məsuliyyət hiss edən futbolçulara şans verəcəyik. Ancaq o, şərtlə ki onlar güclü performans göstərsinlər. Bir sıra fərqli oyunçularla, o cümlədən 23 yaşadək futbolçularla meydana çıxacağıq. Eyni zamanda onların arasında Loran Koselni də olacaq. Onun fiziki formasını görmədən bazar günü "Sauthempton"la Premyer Liqa matçında oynayacağına qərar verməyəcəyik.
Emeri, Məsut Özilin kürəyindəki zədəni hələ də bərpa edə bilməməsini kompüter oyunu ilə əlaqədar olduğuna dair iddialara da münasibət bildirib:
"Bu barədə heç nə bilmirəm. O, bu oyunda 18 nəfərlik heyətdə yer alacaq. Özilin ilk "11-lik"də, yoxsa sonra meydana daxil olacağına qərar verəcəyik".
“Topçular”ın çalışdırıcısı Ağdam klubu ilə görüşdə qələbə qazanmağı hədəflədiklərini açıqlayıb:
“Bizim ilkin məqsədimiz qrupun qalibi olmaq idi, buna da nail olduq. Bu oyunda da qələbə qazanacağımıza inanırıq. Lakin “Qarabağ”a hörmətlə yanaşırıq”.
Qeyd edək ki, dekabrın 13-də Londondakı “Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun İngiltərə klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib