Ölkə futbolu
“Qəbələ”nin yeganə əvəzedilməzi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövs&uum…
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” ilk iki dövrədə 14 oyun keçirib.
Baş məşqçi Sənan Qurbanov bu matçlarda 18 futbolçuya şans verib. Yalnız bir oyunçu – Voyislav Stankoviç bütün qarşılaşmalarda iştirak edib. Serbiyalı müdafiəçi mövsümün ilk yarısını əvəzolunmadan keçirib. O, 14 görüşdə 1260 dəqiqə meydanda olub.
Ürfan Abbasov və Ceyms Adeniyi hərəyə 13 oyun keçirib ki, buna hərəsinin 1 dəfə cəzalı duruma düşməsi səbəb olub. 18 futbolçudan 15-i matçların yarıdan çoxunda – ən azı 8 dəfə meydana çıxıb.
Mövsümün ilk yarısında “Qəbələ”nin 9 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ceyms Adeniyi olub. Nigeriyalı yarımmüdafiəçi 6 qola sevinib. Komandanın fransalı hücumçusu Stiven Monrozun hesabında 4 top var. Digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənib.
Voyislav Stankoviç – 14 oyun (1260 dəqiqə), 1 qol
Ürfan Abbasov – 13 (1170), 1 qol
Ceyms Adeniyi – 13 (1075), 6 qol
Stiven Monroz – 12 (1032), 4 qol
Sabien Lilay – 12 (991)
Lalavele Atakora – 12 (876), 1 qol
Təmkin Xəlilzadə – 11 (945), 1 qol
Bəhlul Mustafazadə – 11 (854)
Cavid Hüseynov – 11 (852)
İlqar Qurbanov – 11 (850)
Asif Məmmədov – 11 (508), 1 qol
Rauf Əliyev – 11 (494), 1 qol
Dmitri Bezotosnı – 10 (900), -11 qol
Elvin Camalov – 10 (722)
Qismət Alıyev – 9 (511)
Rasim Ramaldanov – 7 (427), 1 qol
Aqil Məmmədov – 4 (360), -7 qol
Roman Hüseynov – 2 (3)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq