Ölkə futbolu
Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında q…
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında qrup mərhələsinin son turu çərçivəsində səfərdə İngiltərənin “Arsenal” klubuna 0:1 hesabıyla məğlub oldu.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında öz fikirlərini bildirib:
“Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gündə onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".
Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala isə baş məşqçi belə cavab verib:
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə, qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq