Ölkə kuboku
Roberto Bordin: “Bizim üçün mərhələ adlamaq çətin olacaq”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin A…
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a 0:2 hesabıyla məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:
– Bu gün oyunumuz alınmadı. Öz oyunumuzu qurmağa çalışdıq, onlar da bizi əks-hücumda yaxalamağa çalışdılar. İkinci qol bizi sındırdı. İki qoldan sonra hesabı dəyişmək çətin oldu.
– Çempionat oyununda heç-heçə etdiniz, bu gün məğlub oldunuz. "Neftçi"nin çempionluq havasına tez girdiyini düşünə bilərik?
– Bunlar fərqli turnirlərdi. Çempionluğu istəyirik, amma yenə deyirəm, hər iki oyun fərqli turnirlərdə oldu.
– "Sumqayıt"ın hansı üstünlüyüdü ki, Bordin onun qapısına yol tapa bilmir?
– Çempionat oyununda olduğu kimi, şanslarımız oldu. Bir az dəqiqlik çatmadı. Bu gün isə rəqib şanslardan istifadə edə bildi.
– Bu hesabdan sonra yarımfinal şanslarını necə dəyərləndirirsiz?
– Bu hesabdan sonra bizim üçün çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, mərhələni adlayaq. (komanda.az)