Ölkə futbolu
Bordinə diqqət!
“Neftçi”nin baş məşqçisi Roberto Bordin p…
“Neftçi”nin baş məşqçisi Roberto Bordin pis nümunəyə çevrilməkdədi. İşi öz yerində, italiyalı davranışları ilə alqış qazanmır.
Çılğınlıq edən, çox danışan, oyunboyu hakimləri daim təzyiqdə saxlayan Bordin, rəqib düşərgədəki həmkarlarını da qıcıqlandırır. Bu, nəvaxtsa ona baha başa gələcək. Çünki komandanı çətin vəziyyətdən çıxarmaq, öz futbolçularını ruhlandırmaq əvəzinə o, başqa bacarığını göstərir.
“Sumqayıt”la son kubok matçında Roberto yenə öz ampluasında idi. Rəqibin ehtiyat oyunçular skamyasında əyləşənlər ona baş qoşsaydı, bəlkə də böyük qalmaqal yaranardı. Necə ki, fasilədə və ikinci hissədə belə oldu.
İlk yarı bitərkən Bordin “Sumqayıt”ın köməkçi məşqçisi Elnur Çodarovla sözləşdi. Qalmaqalın yaranmasında katalizator olan Robertonun köməyinə tərcüməçisi çatdı, onun aqressiv hərəkətindən sonra isə Çodarovun əsəbləri dözmədi. Tuneldə onun hansı kobudluğu etdiyini bilmirik, amma ikinci hissəni tribunadan izləyirdi – hakimlər Elnuru qovmuşdu.
Bordin az qala Rail Məlikovla da dalaşacaqdı. “Sumqayıt”ın müdafiəçisi topu autdan oyuna daxil edərkən məşqçi onu tələsdirməyə çalışdı və dedikləri Railin xoşuna gəlmədi. Yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra o, epizodun qalmaqala çevrilməsinə gərək duymadı.
Düzdü, matçdan sonra Bordin hamıyla görüşüb problemi çöxdü, lakin bir az emosiyalarına hakim olması lazımdı. Bəzən dostluğu bərpa etmək üçün əlyeri qalmaya bilər.
Yadınızdadısa, “Bayıl Arena”da “Zirə”ylə çempionat matçında da oxşar olay yaşanmışdı. O zaman rəqib baş məşqçi Samir Abasov da qarşılıq vermiş, hər ikisi meydandan qovulmuş və tribunada barışmışdılar.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı