Dünya futbolu
37 yaşlı futbolçu La Liqanın tarixinə düşdü
“Betis”in futbolçusu Xoakin Sançes adını ?…
“Betis”in futbolçusu Xoakin Sançes adını İspaniya La Liqasının tarixinə yazdırıb.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu 16-cı tur çərçivəsində keçirilən “Espanyol” – “Betis” qarşılaşmasında iştirak edərək, La Liqada sayca 500-cü oyununa çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Sançes İspaniya La Liqası tarixində 500 və daha çox oyun keçirən 9-cu futbolçu olub.
La Liqada ən çox oyun keçirən futbolçu “Barselona”nın sabiq üzvü Andoni Subisarettadır. O, La Liqada 622 matçda iştirak edib.
"Espanyol" – "Betis" matçı qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.