Dünya futbolu
Messi Xavini geridə qoydu
İspaniyanın “Barselona” klubunun futbolçusu Lione…
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı forvardın rekordu La Liqanın 16-cı turunda səfərdə “Levante”yə 5:0 hesabıyla qalib gəldikləri oyunda qeydə alınıb.
Sözügedən qarşılaşmada het-trik edən 31 yaşlı futbolçu “Barselona” ilə La Liqada 323-cü qələbəsini qazanıb. Bununla da o, keçmiş komanda yoldaşı Xavinin rekordunu yeniləyib.
Xavi “Barselona”yla 322 qələbə qazanmışdı.