Ölkə futbolu
“Qarabağ”dan Reynaldo ilə bağlı maraqlı VİDEO
“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silvan?…
“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silvanın Ağdam klubunun düşərgəsinə qayıtdığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsinin müddəti başa çatan 29 yaşlı braziliyalı futbolçunun yenidən Ağdam təmsilçisində çıxış edəcəyi dəqiqləşib.
Reynaldo bu gün artıq köhnə-yeni klubunda tibbi müayinədən keçib. Onunla tezliklə rəsmi müqavilə imzalanacaq və rəsmən ictimaiyyətə təqdim olunacaq.
Bu gün isə "Qarabağ"ın "Facebook" səhifəsində Reynaldonun yer aldığı "Görün, kim gəlib?" başlıqlı video paylaşılıb.
Xatırladaq ki, 2013-2016-cı illər aralığında da Ağdam klubunda çıxış edən Reyanldo 89 oyunda 47 qol vurub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…