Ölkə futbolu
Bordin: “Bu məğlubiyyəti həzm etdikdən sonra…”
Azərbaycan kubokunun cavab 1/4 final qarşılaşması çər&cce…
Azərbaycan kubokunun cavab 1/4 final qarşılaşması çərçivəsində “Sumqayıt”ı səfərdə 1:0 məğlub etməsinə rəğmən, növbəti mərhələyə yüksələ bilməyən “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
– Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk oyunda qol imkanlarından istifadə edə bilmədik. Evdəki fürsətlərdən istifadə etsəydik, bu gün vurduğumuz top bəs edərdi. Bizim üçün üzücü haldır ki, mərhələni keçə bilmədik. Qarşıdan fasilə gəlir. İmkanımız var ki, yaxşı hazırlaşaq.
– Ehtiyat oyunçular skamyasına baxdıqda qəribə mənzərə gördük. Komandanı gücləndirmək iqtidarında olan futbolçu qalmamışdı. Bu, o demək deyil ki, qışda 1-2 deyil, daha çox sayda futbolçuyla güclənməlisiniz?
– Əlbəttə, zədəli, cəzalı futbolçular olur. Onu deyə bilərəm ki, heyətimiz məni qane edir. Meydana daxil olan futbolçular da əllərindən gələni etdilər və üzərlərinə düşəni bacardılar. Rəqib müdafiədən oynayırdı, bizi əks-hücumlarda yaxalamağa çalışırdı. Bütün hallarda, əvəzetmədən meydana daxil olan futbolçular bacardıqlarını etdilər.
– Qışda hansı mövqeləri gücləndirəcəksiniz?
– Kifayət qədər vaxtımız olacaq. Nəyisə dəyişmək yox, nələrisə gücləndirməyi düşünməliyik. Bu məğlubiyyəti həzm etdikdən sonra bu haqda düşünəcəyik.
– Komandanı hansı futbolçular tərk edəcək?
– Buna vaxtımız var. Müzakirə etdikdən sonra qərarımızı açıqlayacağıq.
– Konkret hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
– Konkretləşdirmək istəmirəm. Buna vaxtımız olacaq.
– Final fitindən sonra baş hakimə etiraz edirdiniz. Səbəb nə idi?
– Oyunun tempinin aşağı düşməsinə. Həkimlər oyuna daxil olurdu, oyunçular yerə sərilirdi. Səbəb bu idi (sport24.az).
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq