Dünya futbolu
“Tottenhem” “Arsenal”ı yarımfinala buraxmadı
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyu…
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmalardan ikisi ilk oyun günündə baş tutub.
Premyer Liqanın son çempionu və indiki lideri “Mançester Siti” səfərdə “Lester Siti” ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyindən əlavə vaxta ehtiyac duyulsa da, tərəflər bu yarım saat ərzində fərqlənə bilməyiblər. Bu üzdən də qalibin adına penalti seriyasında aydınlıq gəlib. Daha dəqiq oynayan Mançester təmsilçisi yarımfinala vəsiqə əldə edib.
Günün digər oyununda aşağı liqa təmsilçisi “Barton” Çempionşipdə mübarizə aparan “Midlsbro” ilə qarşılaşıb. “Barton” bu matçda minimal hesabla qalib gəlməklə növbəti mərhələyə yüksəlib.
Mərhələnin digər cütlərinə gəlincə, “Arsenal” “Tottenhem”lə, “Çelsi” isə “Bornmut”la qarşılaşıb. London derbisində gülən tərəf "Tottenhem" olub. Paytaxtın digər təmsilçisi "Çelsi" də minimal hesabla qalib gəlməklə yarımfinala yüksəlib.
İngiltərə Kuboku
1/4 final mərhələsi
18 dekabr
Lester Siti – Mançester Siti 1:1 (penaltilər 1:3)
Midlsbro – Barton 0:1
19 dekabr
Arsenal – Tottenhem 0:2
Çelsi – Bornmut 1:0
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…