Dünya futbolu
Marsel “Olimpik”ini 1/4 finala buraxmadılar
Futbol üzrə Fransa Liqa Kubokunda 1/8 final mərhələsinin oyun…
Futbol üzrə Fransa Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, əksər qarşılaşmalar son oyun gününə təsadüf edib.
Günün ən böyük sürprizi isə Marsel “Olimpik”inin “Strasburq”a uduzaraq mübarizəni dayandırması olub.
Əvəzində Lion “Olimpik”i “Amyen”lə, “Monako” isə “Loryan”la duellərdən qalib ayrılaraq, 1/4 finala yüksəlib.
“Havr”, “Bordo”, “Renn” və “Genqam” da növbəti mərhələyə vəsiqə qazanıb.
Fransa Liqa Kuboku
1/8 final mərhələsi
18 dekabr
Orlean – PSJ 1:2
19 dekabr
Amyen – Lion 2:3
Havr – Nim 2:1
Monako – Loryan 1:0
Dijon – Bordo 0:1
Renn – Nant 2:1
Nitsa – Genqam 0:0 (penaltilər 1:3)
Marsel – Strasburq 1:1 (penaltilər 2:4)