Ölkə futbolu
Azərbaycan millisi FİFA reytinqində mövqeyini qorudu
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reyt…
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Belə ki, Azərbaycan yığması 1206 xalla 107-ci pillədə qərarlaşıb.
Beləcə, milli komanda 2018-ci ili elə son aylarda qərarlaşdığı bu pillədə başa vurub.
İlk onluq isə belədi: 1. Belçika – 1727, Fransa – 1726, 3. Braziliya – 1676, 4. Xorvatiya – 1634, 5. İngiltərə – 1631, 6. Portuqaliya – 1614, 7. Uruqvay – 1609, 8. İsveçrə – 1599, 9. İspaniya – 1591, 10. Danimarka – 1589.
Qonşu Türkiyə yığması 39-cu pillədə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 1443 xal var.
Bu ayın ən yaxşı göstəricisi 3 pillə irəliləyərək 177-ci sıraya yüksələn Qayana yığmasına məxsusdu – 951 xal. Ən pis göstəriciyə isə 3 pillə geriləyən Barbados imza atıb – 998 xalla 162-ci yer.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini 2019-cu ilin yanvar ayında açıqlayacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib